Əmirhüseyn Məcidov

Rejissor Rejissor köməkçisi

Doğum tarixi:

30 noyabr 1937

Vəfat tarixi:

25 mart 2006


Əmirhüseyn Ağaqulu oğlu Məcidov (Əmirhüseyn Elşən) Xızının Tudar kəndində anadan olub.

Kitabxanaçılıq Texnikumunda (1961), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili teatr aktyoru şöbəsində (1962-1968, Mehdi Məmmədov, Soltan Dadaşovun kursu) təhsil alıb.

Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında başlayıb (1963-1967). 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor işləyib. “Təbliğat və sovet həyat tərzi” baş redaksiyasında verilişlər hazırlayıb. 1970-ci ildən “Ədəbi dram” verilişləri baş redaksiyasında çalışıb. İlk rejissoru olduğu “Ozan” verilişinin (1981) 7-ci sayı ekranda göstəriləndə onu dövlət mükafatına təqdim ediblər. Daha bir uğurlu işi müəllifi və rejissoru olduğu " Durna teli" verilişi olub. 1994-cü ildə Vahid studiyasının direktoru olub. Daha sonra “Azersun Holding”də mətbuat müşaviri işləyib. "Ozan ocağı" şirkətinin prezidenti olub. 5 kitab müəllifidir. 1998-ci ildə "Ensklopedik toplu" tərtib edib. Pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub. "Mikayıl Müşfiq" xatirə mükafatının təsisçisidir. "Araz" ədəbi ali mükafatına layiq görülüb.

Əmirhüseyn Məcidov 2006-cı ildə vəfat edib.

Rejissor Əmirhüseyn Məcidov rejissor İman Məcidovun atasıdır.