Amin Novruzov
Doğum tarixi:
07 oktyabr 1947
Amin Novruzəli oğlu Novruzov Bakının Güzdək kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1978-1983, Vadim Yusovun emalatxanası). 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında kinooperator köməkçisi kimi işə başlayıb. Bir müddət sənədli filmlər birliyində assistent kimi çalışıb. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayıb. 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq və operator sənəti kafedrasında pedaqoji fəaliyyət göstərib və bir müddət (2004-2015) kafedraya rəhbərlik edin. 2018-ci ildə Rafael Qəmbərovla birgə müəllifi olduqları “Fotokompozisiya” adlı kitab-dərslik və bir neçə proqram və metodik tövsiyələri çap edilib. Əməkdar incəsənət xadimidir (2000).
