Altay Zahidov
Aktyor
Doğum tarixi:
16 may 1933
Vəfat tarixi:
13 noyabr 2017
Altay Qulam oğlu Zahidov Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetində təhsil alıb (1957).
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi (1954-1974), Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri (1974-1991) vəzifəsində çalışıb.
1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib.
Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimi, professor olub.
Altay Zahidov 2017-ci ildə vəfat edib.