Almaz Amanova
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
29 noyabr 1965
Almaz Hüseyn qızı Amanova (Almas Amanova / Almaz Əmənova / Almaz Hüseyn) Sumqayıtda anadan olub. Azərbaycan Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1987). Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Xarici film istehsalçılarının “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi / İran) filmində İradə rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında kənd qadını rolunda, “Tacirlər” (2009 / İran) filmində Nərgiz rolunda çəkilib. Əməkdar artistdir (2014).
