Alla Axundova

Ssenari müəllifi Əsərindən istifadə olunub Mahnı mətni müəllifi

Doğum tarixi:

27 oktyabr 1939


Alla Nuru qızı Axundova Moskvada anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1964) və Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsin(1967) təhsil alıb. 1957-ci ildən mətbuatda şeirləri və digər əsərləri dərc olunur. Tərcümə ilə də məşğuldur. Xarici film istehsalçılarının “Bizim oynadığımız dənizin kənarında” (1967, rejissor Vladimir Mkedonski / Rusiya), “Bir dəfə yayda” (1973, rejissor Gennadi Vasilyev, Boris Naşekin, Vladimir Saruxanov / Rusiya), “Avtomobil, skripka və it Klyaksa (1974, rejissor Rolan Bıkov / Rusiya), Orada, görünməyən yollarda (1982, rejissor Mixail Yuzovski / Rusiya), Unudulmuş əşyalar (1982, rejissor Viya Veynete / Latviya), Lyuboçka (1984, rejissor Valeri Fedoso / Rusiya) filmlərinin ssenari müəllifidir. Əməkdar incəsənət xadimi (1988), Dövlət Mükafatı laureatıdır (1970).