Əlihüseyn Hüseynov

Rejissor Ssenari müəllifi Operator İkinci operator Operator assistenti

Doğum tarixi:

10 dekabr 1922

Vəfat tarixi:

04 iyun 1987


Əlihüseyn Ələkbər oğlu Hüseynov Qubada anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1948-1954).

Orta təhsilini bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb, Birinci Ukrayna cəbhəsində gedən döyüşlərdə iştirak edib, 1943-cü ildə ağır yaralanıb. Uzun müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. Vətənə qayıdandan sonra Qubada Sənaye Kombinatında fotoqraf işləyib. Ali kino məktəbini bitirdikdən sonra 1954-cü ildə Bakıya qayıdıb. Bakı kinostudiyasında kinooperator assistenti vəzifəsində işə başlayıb. Bakı kinostudiyası ilə paralel olaraq Azərbaycan Televiziyasında çalışıb. 1979-cu ildə kinostudiyada quraşdırma çəkilişləri sexində kinooperator vəzifəsində işləyib, lakin səhhətində yaranan problemlərə görə 1982-ci ildə kinodan birdəfəlik uzaqlaşıb.

Əlihüseyn Hüseynov 1987-ci ildə vəfat edib.