Əli Zeynalov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

04 aprel 1913

Vəfat tarixi:

04 yanvar 1988


Əli Yusif oğlu Zeynalov Salyanda anadan olub.

Bakı Pedaqoji Texnikumunda və Teatr Texnikumunda (1933) təhsil alıb.

Biləsuvar gənclərinin hazırladığı “Şeyda” tamaşasındakı baş rolu ilə rəğbət qazanıb (1928). Bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib. Şəki Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında (1934-1945), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1945-1975) çalışıb.

Ukrayna film istehsalçılarının “Kiyevli: Varislər – 3-cü film” (1958, 1960, rejissor Timofey Levçuk) filmində çəkilib.

1975-ci ildə səhnəni tərk edib. Yumşaq tembrli səsə, aydın diksiyaya malik оlub, bədii qiraət ustası kimi də tanınıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Səhnə danışığı” fənnindan dərs deyib. “İki ömrüm olsaydı...” kitabının müəllifidir.

Əməkdar artist (1955), Ermənistanın Əməkdar artisti (1939), Xalq artisti (1964), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965) Əli Zeynalov 1988-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.

Aktyor Əli Zeynalov aktrisa Mirvari Novruzovanın həyat yoldaşı olub.