Aleksandra Şirinova

Rejissor Rəssam Animasiya rəssamı Animator Fazaçı rəssam

Doğum tarixi:

11 oktyabr 1951


Aleksandra Aleksandrovna Şirinova Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb (1972). 1977-ci ildə “Azanfilm” animasiya studiyasının nəzdində animator kurslarına qəbul edilib.

1989-cu ildən “Azanfilm” studiyasında animator olaraq çalışmağa başlayıb. Bir çox filmlərdə animator, rəssam və rejissor olaraq fəaliyyətini davam etdirir.