Albay Əfəndi

Səs rejissoru

Doğum tarixi:

16 fevral 1986


Albay Əfəndi (Abbas Babayev Zahid oğlu) Bakıda anadan olub.

Azərbaycan Kooperasiya Universitetində təhsil alıb (2003-2007).

ATV televiziyasında (2009-2011), İTV-də (2011-2018) səs rejissoru kimi çalışıb. Daha çox rep ifaçısı kimi tanınır. Məktəb illərinin sonlarında İslam Şirvani ilə birlikdə “Xəlifə” adlı bir qrup yaradıb, 2000-ci ildə “Big Mafia Alliance”, daha sonra “Məclis Clan”, 2001-ci ildə “RAPressia CLAN” adı ilə fəaliyyət göstəriblər. Albay Əfəndi 2011-ci ildən solo fəaliyyət göstərir. 2012-ci ildə ilk solo “Anomalia” albomunu yayımlayıb.