Ələsgər Şərifov

Aktyor

Doğum tarixi:

25 dekabr 1909

Vəfat tarixi:

09 sentyabr 1982


Ələsgər Məmmədtağı oğlu Şərifov Şamaxıda anadan olub. Altı yaşı olanda ailəsi Bakıya köçüb.

Nəriman Nərimanov adına Texnikumun Elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Şvarts adına klubun dram dərnəyində baş rolları oynayıb. Həmçinin Akademik Teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə Moskvaya ali təhsil almağa gedib, Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb.

Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbəri olub. Pyeslərə quruluş verib. 1932-ci ildə Akademik Teatrda Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib. 1934-cü ildə Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci ildə bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Gənc Tamaşaçılar Teatrında, Gəncə Dövlət Dram Teatrında, Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara quruluş verib. 

Əməkdar artist (1943), Xalq artisti (1960) Ələsgər Şərifov 1982-ci ildə vəfat edib.