Ələkbər Muradov
Doğum tarixi:
01 avqust 1948
Vəfat tarixi:
01 avqust 2013
Ələkbər Yunus oğlu Muradov (Ələkbər Murad) Bakının Əmircan kəndində anadan olub.
Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1973-1978) təhsil alıb.
Azərbaycan Neft Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən “Azneftxim” studiyasında (1966), “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan televiziyasının Ekran Yaradıcılıq Birliyində, Lider televiziyasında çalışıb.
Bakı Slavyan Universitetində fotojurnalistikadan dərs deyib.
Əməkdar incəsənət xadimi (2005) Ələkbər Muradov 2013-cü ildə vəfat edib.
Rejissor, operator Ələkbər Muradov rejissor Murad Muradovun atasıdır.