Akif İslamzadə

Musiqi ifaçısı Musiqi ifasından istifadə olunub Aktyor

Doğum tarixi:

08 avqust 1948


Akif Qədir oğlu İslamzadə Bakıda anadan olub.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1979). İxtisasca istehlakçı mühasibdir.

12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın “Çoban Qara” mahnısını səsləndirib. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində çalışıb. Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1986-cı ildə səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Cərrahi əməliyyatda səs tellərinin biri götürülüb. Bununla da müğənni kimi fəaliyyəti yekunlaşıb. Bir müddət Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub (1992-1993). “Şöhrət” ordeni ilə təltif edilib (2023).