Akif Hüseynov
Doğum tarixi:
26 may 1941
Akif Məmməd oğlu Hüseynov Gürcüstanın Tbilisi şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında (1965-1968) təhsil alıb.
"Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), “Ulduz” jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlayıb. Dövri mətbuatda vaxtaşırı çıxış edir.