Akif Həsənoğlu

Ssenari müəllifi Prodüser

Doğum tarixi:

25 oktyabr 1942


Akif Həsənoğlu (Akif Zeynalov Həsən oğlu) Füzuli şəhərində anadan olub.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil alıb.

Sumqayıta 22 yaşında - 1964-cü ildə gənc mühəndis-mexanik kimi gəlib. Artıq 30 yaşında bir-neçə müəssisəni birləşdirən “Kimyasənaye” İstehsalat Birliyinin baş mexaniki vəzifəsinə yüksəlib (1972). “Sumqayıtkauçuk-təmirtikinti” Trestinin rəisi olub. 1988-1990-cı illərdə ağır günlərini yaşayan sərhəd rayonlarına maddi-texniki yardımlar göstərib. Laçın, Füzuli, Qubadlı və Cəbrayılda Birliyin 50-dən artıq Təmir-tikinti idarəsini yaradıb, 1200-dən çox qaçqın-köçkünü işlə təmin edib, yüzlərlə qaçqın həmvətənimizə sığınacaq vermişdi. Onun xidmətlərindən biri də gənc istedadların üzə çıxarılmasında rolu olan “7-17” telemüsabiqələrinin təşkili və populyarlaşmasında göstərdiyi maddi və mənəvi kömək idi.

Ədəbi yaradıcılıqla da məşğul olub. Pyesləri teatrlarda tamaşaya qoyulub. Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.