Akif Axundov

Əsərindən istifadə olunub

Doğum tarixi:

08 may 1943


Akif Səttar oğlu Axundov Şərur rayonunun Qışlaqabbas kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil alıb.

Müxtəlif illərdə indiki “Xalq qəzeti"nin Dağlıq Qarabağ-Laçın və Şəki-Zaqatala zonaları üzrə xüsusi muxbiri, ”Sovet Naxçıvanı” və “Şərq qapısı” qəzetlərinin baş redaktoru, Naxçıvan MR Mədəniyyət Fondunun sədri, Naxçıvan tele-radiosunda şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. 30-a yaxın kitabın müəllifidir, daha çox detektiv janra müraciət edib.