Əhməd Orucoğlu

Ssenari müəllifi Prodüser

Doğum tarixi:

01 yanvar 1951


Əhməd Orucoğlu (Əhmədağa Əliyev Orucəli oğlu) Bakıda anadan olub.

3 saylı Bakı Tibb Məktəbində (1966), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1970-1974) təhsil alıb.

Artyom və Suraxanı Mədəniyyət saraylarında və Tibb işçiləri evində bədii rəhbər vəzifəsində çalışıb. Azərbaycan Dövlət Televiziyasının buraxılış şöbəsində redaktor (1982), “Səhər” proqramında redaktor vəzifəsində çalışıb. Bir neçə yeni il və novruz şənliklərinin, verilişlərin müəllifidir. BMTİ telekanalında musiqili-əyləncəli verilişləri departamentinin rəhbəri (199201993), 2000-ci ildə ABA telekanalının baş prodüseri vəzifəsində çalışıb. Lider televiziyasında “Teletaym” proqramının ideya müəllifi, “Nəm-nəm” verilişinin yeni formatda, yeni il şənliklərinin ssenari müəllifi, “Səhər” proqramının baş redaktoru olub (2001-2007). 2007-ci ildən yenidən Azərbaycan televiziyasinda fəaliyyətini davam etdirir.

Ədəbi yaradıcılığa yumoristik hekayələr və pyeslərlə başlayıb. Kitabları işıq üzü görüb. Pyesləri teatrlarda tamaşaya qoyulub. Hazırda rəhbərlik etdiyi “Dövran” Teatrı fəaliyyət göstərir.