Aqşin Kazımzadə
Doğum tarixi:
17 dekabr 1937
Vəfat tarixi:
10 iyun 2011
Aqşin Zəki oğlu Kazımzadə Bakıda anadan olub.
Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Jurnalistikaya ilk qədəmlərini tələbə ikən “Molodyoj Azerbaydjana” qəzetində qoyub (1956). “Fizkulturnik Azerbaydjana” (indi “İdman”), “Panorama” qəzetlərinə rəhbərlik edib, “Bakinski raboçi”, “Günay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Kaspi” və digər rusdilli nəşrlərdə çalışıb. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq edib. 2001-ci ildən “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri olaraq çalışıb.
“Qızıl qələm” mükafatı laureatı, Əməkdar jurnalist Aqşin Kazımzadə 2011-ci ildə vəfat edib.