Ağarəhim Rəhimov

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

26 oktyabr 1948


Ağarəhim Nüsrət oğlu Rəhimov Ucarın Boyat kəndində anadan olub.

Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1967-1972).

Doğma kəndində müəllim (1972), tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb (1972-1974). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976), şöbə müdiri olub (1985). 1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur.

46 pedaqoji kitab və kitabçanın, IV sinif üçün "Azərbaycan dili", ali məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərsliklərinin, "Sintaksisin tədrisinin nəzəri və praktik əsasları", "Azərbaycan dili dərslərində monoloji nitqin inkişafı", "İbtidai siniflərdə oxu təlimi" monoqrafiyalarının, 300-ə yaxın məqalənin müəllifidir. Hekayə, povest, roman, esse, pyes və ssenarilərdən ibarət 31 bədii kitab nəşr olunub. 

Nasir, publisist, dramaturq, pedaqoji elmlər doktoru (1993), professor (1993), "Qızıl Qələm” mükafatı laureatıdır.