Ağarəfi Rəhimov
Aktyor
Doğum tarixi:
09 may 1952
Vəfat tarixi:
25 oktyabr 2005
Ağarəfi Hacıbaba oğlu Rəhimov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1972, Rza Təhmasibin kursu).
Orta məktəbdə ikən dram dərnəyinə gedib. Səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. Bir müddət Musiqili Komediya Teatrında (1977-1988, 1996-2005), Bakı Bələdiyyə Tənqid Təbliğ Teatrında (1988-1996) çalışıb. Binəqədi Xalq Teatrının rejissoru olub.
Ağarəfi Rəhimov 2005-ci ildə vəfat edib.