Ağahüseyn Kərimov
Doğum tarixi:
01 yanvar 1909
Vəfat tarixi:
20 may 1991
Ağahüseyn Əşrəf oğlu Kərimov Bakıda anadan olub. Əczaçılıq Texnikumunda təhsil alıb, Tbilisi Kənd Təsərrüfatı İnstitutunda entomoloq ixtisasına yiyələnib. Bir müddət aptekdə işləyib. Kinostudiyada baş mühəndis işləyən dostu Kərim Əmirov onu studiyaya dəvət edib. Beləliklə də, o, kinostudiyada çəkilişinə hazırlıq görülən “Bakılılar” tarixi-inqilabi filmində səs operatoru assistenti vəzifəsinə qəbul olunub. O vaxtdan etibarən kinostudiyada səs operatoru kimi çalışıb. Aktyor kimi bir neçə filmdə çəkilib. Əməkdar mühəndis (1976) Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib.
Səs operatoru Ağahüseyn Kərimov rejissor Zeynəb Kazımovanın həyat yoldaşıdır.

Filmoqrafiya
-
Ad günü Rollarda