Əflatun Abdullayev
Doğum tarixi:
07 avqust 1985
Əflatun Fəxrəddin oğlu Abdullayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsində (2003-2007) və Vyana Universitetində təhsil alıb.
Təhsil illərindən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor və rejissor kimi çalışıb (2005-2014). İlk qurduğu “Çərçivə” adlı tamaşası 2008-ci ildə nümayiş olunub. Pantomim Teatrında işlədiyi 9 il ərzində 500 dəfədən çox səhnəyə çıxıb, Azərbaycanın bölgələrində, Avropanın öndə gələn şəhərlərindən Paris, Vyana, Berlin və Zürihdə qatıldığı festivallarda tamaşalarla çıxış edib. 2014-cü ildə teatrdan ayrıldıqdan sonra solo tamaşaları ilə Tbilisi, Bremen və Təbriz şəhərlərində teatr və rəqs festivallarına qatılıb.
2015-ci ildən Avstriyada yaşayır. Rejissor kimi filmlər çəkir.