Afaq Yusifli
Rejissor
Ssenari müəllifi
Rejissor assistenti
Doğum tarixi:
20 yanvar 1994
Afaq Habil qızı Yusifli Füzulidə anadan olub. Bakı Slavyan Universitetinin İngilis filologiyası və müəllimliyi ixtisasında (2015), Bakı Film İnstitutunun Rejissorluq kursunda (2016, Əli İsa Cabbarovun kursu), Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin rejissorluq ixtisasında (2019-2021) təhsil alıb. Müxtəlif beynəlxalq və yerli kino kurs və təlimlərində iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr üzrə meneceri olaraq çalışır, ittifaqın kino təlimi layihələrinin koordinatorudur.
