Afaq Bəşirqızı

Aktrisa Musiqi ifaçısı

Doğum tarixi:

15 avqust 1955


Afaq Bəşirqızı (Afaq Səfərova Bəşir qızı) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb (1974-1979). Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rolu 18 yaşında Mirzə İbrahimovun “Yaxşı adam” pyesində Sərvinaz olub. 1975-ci ildən Sumqayıt Dövlət Dram Teatrında, 1989-cu ildən isə Musiqili Komediya Teatrında işləyir. Özünün təsis etdiyi Bəşir Satira Teatrının rəhbəridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2 dəfə “Qızıl Dərviş” mükafatına layiq görülüb (1993, 2003). Əməkdar artist (1989), Xalq artisti (1993), “Şöhrət” ordeni (2013) laureatıdır.

Aktrisa Afaq Bəşirqızı aktyor Bəşir Səfəroğlunun qızıdır.