Adil Bəbirov

Bəstəkar Bəstəsindən istifadə olunub Səs rejissoru

Doğum tarixi:

15 fevral 1934

Vəfat tarixi:

26 sentyabr 2021


Adil Musa oğlu Bəbirov Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbində (1954, Əhməd Bakıxanovun sinfi), Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb. Qara Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər çox əsərlər yazıb, lakin səhhəti ilə əlaqədar son kursdan getməli olub. Xeyli müddət sonra, 1978-ci ildə konservatoriyaya yenidən qayıdaraq simfonik əsərlə təhsilini bitirib. Gənc yaşlarından televiziya və radioda səs rejissoru, muşiqi verilişləri redaktoru kimi fəaliyyət göstərib. Pedaqoji fəaliyyətlə də məşğul olub, bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Musiqi ifaçılığı kafedrasında müəllim işləyib. 1990-cı illərdə Kanadaya köçüb, orada həm pedaqoji fəaliyyətlə, həm də yaradıcılıqla məşğul olub. Əməkdar incəsənət xadimi (1989) Adil Bəbirov 2021-ci ildə Kanadanın Toronto şəhərində yaşadığı qocalar evində vəfat edib, orada dəfn olunub.