Ədalət Əbdülsəməd

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

17 yanvar 1966


Ədalət Həsən oğlu Əbdülsəməd (Ədalət Əbdülsəmədov) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr və kino sənəti fakültəsində təhsil alıb (1990).

1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Aktyor Ədalət Əbdülsəməd aktrisa Zemfira Əbdülsəmədovanın həyat yoldaşıdır.