Əbdül Mahmudov
Doğum tarixi:
15 may 1944
Əbdül Əlisa oğlu Mahmudov (Şeyx Əbdül Mahmudbəyov / Abduləhəd Mahmudov) Qazıməmməd rayonunun (indiki Hacıqabul) Atbulaq kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq ixtisasında (1962-1966, Adil İsgəndərovun kursu), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (1971-1973, Leonid Trauberqin və Georgi Daneliyanın emalatxanası) təhsil alıb.
1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi işləyib. Kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Təftiş Komissiyasının sədridir. “Qanlı zəmi” filminə görə Dövlət mükafatına layiq görülüb (1986). Azərbaycan Respublikası Kinematoqrafçılıar İttifaqının “Milli Kino Mükafatı” ilə təltif olunub (2019).
Əməkdar incəsənət xadimi (2008), Xalq artistidir (2018).
Filmoqrafiya
-
Axırıncı aşırım
1971
tammetrajlı bədii film
Rollarda
-
Zabit şərəfi
2015
qısametrajlı bədii film
Rollarda
-
Zona
2022
tammetrajlı bədii film
Rollarda