Azərbaycan SSR Dövlət Mükafatı


Azərbaycan SSR-də 1970-ci ildən ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, 1976-cı ildən isə əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına verilən yüksək mükafatdır.
Azərbaycan KP MK və Nazirlər Soveti qərarı ilə mükafata layiq görülən şəxslərə döş nişanı və pul mükafatı verilirdi. 
Mükafatlar hər iki ildən bir Azərbaycanda sovet hakimiyyətinin qurulması günü (28 aprel) ərəfəsində verilir və laureatların siyahısı mətbuatda dərc edilirdi.
1990-cı ildə dövlət mükafatlarının verilməsi praktikası dəyişib, 28 May — Respublika Gününün bərpa edilməsindən sonra həmin il bu mükafat keç kimə verilməyib. 
5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra 1990-cı il üzrə dövlət mükafatları "Azərbaycan Respublikasının Dövlət mükafatı" adı ilə sonuncu dəfə 1991-ci ilin may ayında verilib.
1970–1991-ci illərdə verilmiş mükafatların ümumi sayı 527 olub. Ədəbiyyat, incəsənət və arxitektura üzrə 142 nəfərə, elm və texnika üzrə 222 nəfərə, istehsalat nailiyyətlərinə görə 157 nəfərə, ümumilikdə isə 521 nəfərə dövlət mükafatı verilib. 6 nəfər (Süleyman Rüstəm, Həsənağa Turabov, Xəyyam Mirzəzadə, Kamil Nəcəfzadə, Qurban Abbasov və Xoşbəxt Yusifzadə) isə bu mükafata iki dəfə layiq görülüblər.


1970
“Şərikli çörək” filmi üçün:

Şamil Mahmudbəyov (rejissor)
Alla Axundova (ssenarist)

 


1978
"Sevinc buxtası" filmi üçün:


Eldar Quliyev (rejissor və ssenari müəllifi)
Georgi Mdivani (ssenari müəllifi)
Rasim İsmayılov (operator)
Rafis İsmayılov (rəssam)
Əliabbas Qədirov (aktyor)

 


1980
"L.İ.Brejnev Bakıda" filmi üçün:

Muxtar Dadaşov (rejissor, ssenari müəllifi)
İmran Qasımov (ssenari müəllifi)

 


1980
"Ad günü" filmi üçün:


Rasim Ocaqov (rejissor)
Rüstəm İbrahimbəyov (ssenari müəllifi)
Kamil Nəcəfzadə (rəssam)
Hacı İsmayılov (aktyor)
David Uplisaşvili (aktyor)

 

1980
Son illərdə bəstələdiyi mahnılar və kinofilmlərə yazdığı musiqi üçün:
Tofiq Quliyev (bəstəkar)

 


1986
"Birisigün, gecəyarısı..." filmi üçün:


Arif Babayev (rejissor) (ölümündən sonra)
Məmməd Avdiyev (ssenari müəllifi)
Ramiz Fətəliyev (ssenari müəllifi)
Anatoli Donets (ssenari müəllifi)
Teyyub Axundov (operator)
Kamal Nəcəfzadə (rəssam)
Xəyyam Mirzəzadə (bəstəkar)
Həsən Məmmədov (aktyor)
Məlik Dadaşov (aktyor)
Hacımurad Yagizarov (aktyor)

 


1986
"Qanlı zəmi” (Atları yəhərləyin) filmi üçün:


Əbdül Mahmudov (rejissor)
Həsənağa Turabov (rejissor / aktyor)
Süleyman Rüstəm (ssenari müəllifi
Əhmədağa Muğanlı (ssenari müəllifi)
Kənan Məmmədov (operator)
Kazım Kazımov (rəssam)
Emin Sabitoğlu (bəstəkar)
Rasim Balayev (aktyor)
Gümrah Rəhimov (aktyor)

 


1988
"Əks-səda" və "Balaban" filmləri üçün:


Xamis Muradov (rejissor)
Aydın Dadaşov (ssenari müəllifi)
Vladimir Konyagin (operator)
Akif Nuriyev (səs operatoru)

 


1991
"Yaramaz" filminə görə:

Vaqif Mustafayev (rejissor / ssenari müəllifi)
Ramiz Fətəliyev (ssenari müəllifi)
Aleksandr İlxovski (operator)
Əsəd Əsədov (səs operatoru)
Mamuka Kikaleyşvili (aktyor)
Həsənağa Turabov (aktyor)
Yaşar Nuriyev (aktyor)
(Dövlət mükafatları haqqında əsasnaməyə görə əvvəlki Dövlət mükafatlarının verildiyi vaxtdan beş il keçmədiyinə görə Həsənağa Turabov və Ramiz Fətəliyevə mükafatlar təqdim edilmədi)

 


1991
"Ölü zona" filminə görə:


Rauf Nağıyev (rejissor / ssenari müəllifi)
Nina Yarovaya (ssenari müəllifi)
Rəşid Nağıyev (operator)
Rafiq Hüseynli (mətn diktoru)

 


1991
"Xeyirxah nağıl", "Sehrli çıraq", "Basatın igidliyi" animasiya filmlərinə görə
Vaqif Behbudov (rejissor / operator)

   Azərbaycan SSR Dövlət Mükafatı