Bakı Beynəlxalq Film Festivalı
Təsis tarixi: 2004
Təsisçi: Gənc Kinematoqrafçılar Mərkəzi
Məkan: Bakı
Direktor: Fehruz Şamıyev
Festivalın əvvəlki adları:
Səməd Mərdanov adına Tələbə Rejissorların I Film Festivalı (2004)
Start Tələbə Filmləri Festivalı (2005-2009)
Start Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı (2010)
Start Gənclərin Beynəlxalq Film Festivalı (2012)
Start Beynəlxalq Film Festivalı (2018)
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (2019-2023)
Əsas mükafat olaraq “Qızıl Nar mükafatı” təqdim olunur.
I Bakı Beynəlxalq Film Festivalı (Səməd Mərdanov adına Tələbə Rejissorların I Film Festivalı) (2004)
Tarix: 8-10 sentyabr 2004
İdeya müəllifi və prodüser: Xalid Şürük. Təşkilat komitəsinin sədri: Zahir Əzəmət. Mətbuat üzrə koordinator: İntiqam Hacılı.
Münsiflər heyəti: Aygün Aslanlı, Yusif Şeyxov, Cəmil Quliyev, Leyla Vəzirzadə, Yavər Rzayev, Elçin Musaoğlu, Əli İsa Cabbarov
7 rejissorun 10 filmi müsabiqədə iştirak edib.
Qaliblər:
Ən yaxşı rejissor: Neft - Tatyana Əliyeva
Ən yaxşı ssenari: Sınmış dibçək - İsmayıl Məmmədov
Xüsusi mükafat: Xüsusi təyinatlı dəstə - Murad Muradov
Hər iki nominasiyanın qalibinə 100 ABŞ dolları məbləğində pul mükafatı verilib.
II Bakı Beynəlxalq Film Festivalı (II Start Beynəlxalq Tələbə Filmləri Festivalı) (2005)
Tarix: 6-9 dekabr 2005
Qaliblər:
Ən yaxşı film – Qran-Pri: Çıma (Gökcə Pəhlivanoğlu / Türkiyə)
Ən yaxşı bədii film - I yer: St.Cloud (Ceyhun Qarabağ / Türkiyə)
Ən yaxşı bədii film - II yer: Kənddə məktəb (Elnur Əliyev / Azərbaycan)
Ən yaxşı sənədli film – I yer: qalib yoxdur
Ən yaxşı sənədli film – II yer: Pillələr (Günel Nəcəfzadə / Azərbaycan)
Buta Film kino şirkətinin xüsusi mükafatı: Sizi heç vaxt unutmarıq (Könül Hüseynova / Azərbaycan)
III Bakı Beynəlxalq Film Festivalı (III Start Beynəlxalq Tələbə Filmləri Festivalı) (2006)
Tarix: 13-16 dekabr 2006
9 ölkədən 90 film daxil olub. Festivalın seçim komissiyası müsabiqə proqramı üçün 50 film seçib.
Münsiflər heyəti: Babək Şirinsifət (İran), Qaliya Eltay (Qırğızıstan), Ahmet Erdal (Türkiyə), Ayub Şahabdinov (Özbəkistan), Elçin Musaoğlu (Azərbaycan)
Qaliblər:
Ən yaxşı film – Qran-Pri: Biganəlik dövrünün bir günü (Kəmalə Rzayeva / Azərbaycan)
Ən yaxşı bədii film – I yer: Sınıq xətt (Çavdar Çerner / Bolqarıstan)
Ən yaxşı bədii film – II yer: Azmış (Mədinə İkramova / Özbəkistan)
Ən yaxşı sənədli film - I yer: Öyle duruyorum (Ateş Savaşeri, İrem Pasingil, Onur Etiz / Türkiyə)
Ən yaxşı sənədli film - II yer: Bıçaq (Babək Kələntəri / İran)
Ən yaxşı ideya: Yuxarıdan aşağıya (Hakan Gök / Türkiyə)
Cinema Gənc Kinematoqrafçilar Mərkəzinin xüsusi mükafatı: Çat (Əziz Arzikulov / Özbəkistan)
Xüsusi mükafatlar: Oturmuşam və baxıram (Dmitri Miasnikov / Gürcüstan), Yaşamaq istəyirəm (Nargiza Mamatkulova / Qırğızıstan), Buka (Ələkbər Əliyev / Azərbaycan), Zər (Beka Qomelaure / Gürcüstan), Yaxşı ki, doğuldum (Eray Mert / Türkiyə)
IV Bakı Beynəlxalq Film Festivalı (IV Start Beynəlxalq Tələbə Filmləri Festivalı) (2007)
Tarix: 18-21 dekabr 2007.
Festival çərçivəsində 10 ölkədən 27 film nümayiş etdirilib.
Münsiflər heyəti: Şamil Əliyev, Kəmalə Rzayeva, Kərim Əzimi (İran), Tuna Yılmaz (Türkiyə).
Qaliblər:
Qran-Pri: qalib yodur
Ən yaxşı bədii film – I yer: Sübh çağı oteldə (Bruno Dias / Portuqaliya)
Ən yaxşı bədii film – II yer : Kolleksioner (Yeqor Abramenko / Rusiya)
Ən yaxşı sənədli film – I yer: qalib yoxdur
Ən yaxşı sənədli film – II yer: Məskən (Florian Şeve / Almaniya)
V Bakı Beynəlxalq Film Festivalı (V Start Beynəlxalq Tələbə Filmləri Festivalı) (2008)
Tarix: 23-25 dekabr 2008
Festivala 11 ölkədən 200-ə yaxın tələbə filmi göndərilib. Seçim komissiyası “1-30 dəqiqəlik dünya” şüarı altında keçirilən festivalın müsabiqə proqramına 50 film daxil edib.
Münsiflər heyəti: Şamil Nəcəfzadə, Vüqar Həmidov, Teymur Daimi, İrakli Solomonaşvili (Gürcüstan), Seyidməmmədhüseyn Şirvani (İran)
Qaliblər:
Ən yaxşı film – Qran-Pri: Nur (Mohanat Hassan / Misir)
Ən yaxşı bədii film – mükafat: Ayaq altında (Cem Öztüfekçi / Türkiyə), Yoxuş (Mehmet Canmertoğlu / Türkiyə)
Ən yaxşı bədii film – diplom: Kəjmir (Nadir Saivər / İran)
Ən yaxşı sənədli film – mükafat: Günaydın, günəşim (Ulyana Konovalova / Qırğızıstan)
Ən yaxşı sənədli film – diplom: Lahıc ritmləri (Fariz Əhmədov / Azərbaycan)
Ən yaxşı cizgi filmi – mükafat: Ölçüdə (Marina Maşkova / Rusiya)
Ən yaxşı cizgi filmi – diplom: Baş (Nesrin Gülbatmanoğlu / Türkiyə)
Cinema Gənc Kinematoqrafçılar Mərkəzinin Xüsusi Mükafati: Onun qaranlıq tərəfi (Fərəc Süleymanov / Azərbaycan)
VI Bakı Beynəlxalq Film Festivalı (VI Start Beynəlxalq Tələbə Filmləri Festivalı) (2009)
Tarix: 24-27 noyabr 2009
Festivala 14 ölkədən 200-ə yaxın tələbə filmi göndərilib, müsabiqəyə 34 film buraxılıb.
Münsiflər heyəti: Rafiq Quliyev, Fariz Əhmədov, Nino Maqlakalidze (Gürcüstan), Selim Evci (Türkiyə), Mahmadi Şəriət (İran)
Qaliblər:
Ən yaxşı film – Qran-Pri: O hələ də gözəldir (Lina Luzite / Litva)
Ən yaxşı bədii film: Yag (Serik Abışov / Qazaxıstan), Səyahət (İqor Nurislamov / Rusiya)
Ən yaxşı sənədli film: Sahildən uzaqda (Viktoriya Kurakova / Rusiya), Qışlaq (Alijan Nesirov / Qırgızıstan)
Ən yaxşı animasiya filmi: Vol (Huseyin Bulut / Türkiyə)
Ən yaxşı eksperimental film: Məsiha (Elçin Əsədov / Azərbaycan)
Münsiflər heyətinin xüsusi mükafatı: Koramal (Elməddin Alıyev, Xəyyam Abdullayev / Azərbaycan), Seçim (Hasan Qahvemani / İran)
Cinema Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı: Arasında (Anna Kasperska / Polşa)
VII Bakı Beynəlxalq Film Festivalı (VII Start Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı) (2010)
Tarix: 22-24 noyabr 2010
Festivalda 16 ölkədən 100-ə yaxın film nümayiş olunub.
Münsiflər heyəti: Yavər Rzayev, Aygün Aslanlı, Rodion İsmayılov (Rusiya), Nadir Saivən (İran), David Caniledze (Gürcüstan)
Qaliblər:
Baş mükafat - Qran-pri: qalib yoxdur
Ən yaxşı bədii film: Vakant yer (Boqdana Smirnova / Ukrayna)
Ən yaxşı sənədli film: Başlanğıc cığırı (Kaveh Bəhrami / İran)
Ən yaxşı cizgi filmi: qalib yoxdur
Ən yaxşı eksperimental film: Səssiz otaq (Can Eren / Türkiyə)
Ən yaxşı sosial çarx: Tort (Alan Ostanin / Ukrayna)
Ən yaxşı tələbə bədii filmi: Adsız bitki (Georgi Qobaliya / Gürcüstan)
Ən yaxşı tələbə sənədli filmi: Dəstə (Qleb Klişeviç / Rusiya)
Münsiflər heyətinin xüsusi mükafatı: Oyan (Vüsal Naib / Azərbaycan), Dumanda (Elvin Adıgözəl / Azərbaycan)
VIII Bakı Beynəlxalq Film Festivalı (VIII Start Gənclərin Beynəlxalq Film Festivalı) (2012)
Tarix: 28-30 noyabr 2012
Festival Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə həsr olunub.
Festivala 20 ölkədən 250-dən çox film göndərilib. Müsabiqə proqramına 87 film daxil edilinb.
Münsiflər heyəti: Şəfiqə Məmmədova, İlhamiyyə Rza, Təhminə Milani (İran), Yelena Yatsura (Rusiya), Culiya Kolberger (Polşa)
Yerli müsabiqənin münsiflər heyəti: Elxan Cəfərov, İlqar Safat, Tural Əliyev
Qaliblər:
Ən yaxşı film – Qran-Pri: qalib yoxdur
Ən yaxşı bədii film: Hekayə həyatdan götürülüb (Kerem Keskin / Türkiyə)
Ən yaxşı sənədli film: Müharibədən əvvəl (Jaried Katsiane / Almaniya)
Ən yaxşı cizgi filmi: Oyun (Cəmal Rəhməti / İran)
Ən yaxşı eksperimental film: Ölüm rəqsi (Rusiya)
Yerli Müsabiqə proqramının qalibləri:
Ən yaxşı yerli bədii film: Ömürlük əsir (Ərtoğrul Kamalov)
Ən yaxşı yerli eksperimental film: Motivasiya (Emin Pənah)
Cinema Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı: Astar (Zamir Süleymanbəyli, Emin Əzizbəyli / Azərbaycan), Yüksələn ay (Yelena Maksimenko / Ukrayna)
IX Bakı Beynəlxalq Film Festivalı (IX Start Beynəlxalq Film Festivalı) (2018)
Tarix: 14-17 noyabr 2018
Münsiflər heyəti: Ayaz Salayev (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan)
Yerli müsabiqə: Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkül
Qaliblər:
Beynəlxalq müsabiqə:
Ən yaxşı bədii film – Toprak (Onur Yağız / Türkiyə, Fransa)
Ən yaxşı sənədli film - Əsl məhəbbət (İman Behruzi / İran)
Ən yaxşı eksperimental film – Torpaq (Alican Durbaş / Türkiyə)
Ən yaxşı animasiya filmi - Daşqaın (Conatan Şvenk / Almaniya)
Ən yaxşı bədii film rejissoru - Qəddar oyunlar (Ceronimo Sarmiento / Estoniya, Portuqaliya, Kolumbiya, ABŞ)
Ən yaxşı sənədli film rejissoru - Bu gün xoşbəxtəm (Culio Toninçelli / İtaliya, Fransa)
Ən yaxşı eksperimental film rejissoru - On üstü mənfi qırx üç saniyə (Fransis / Fransa)
Ən yaxşı animasiya film rejissoru - Cazibə yoxdur (Ş.Pariso, J.Sisse, F.Kosmidis, F.Aliyer-Estrada, M.Lümet-Blanshart, L.Abraham / Fransa)
Münsiflər heyətinin xüsusi mükafatı – Bahar (Nataliya Konçalovski / Rusiya)
Yerli müsabiqə:
Ən yaxşı film – Oğul (Pərviz Gülməmmədov)
Ən yaxşı sənədli film – Adam (Emil Əli)
Ən yaxşı rejissor - Bir saniyə (Orxan Adıgözəlov)
Ən yaxşı ssenari – Sonar (Fərid Kərim)
Ən yaxşı operator – Yaddaş (Elvin Əhmədoğlu)
Münsiflər heyətinin xüsusi mükafatı - 18-ci mərtəbə (Səidə Abdullayeva)
"Cinemobil" onlayn müsabiqənin qalibi - Bir zamanlar Xudatda (Sənən Səfərov)
X Bakı Beynəlxalq Film Festivalı (X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) (2019)
Tarix: 6-9 noyabr 2019
Münsiflər heyəti: İlqar Safat (Azərbaycan), Rezan Yaşılbaş (Türkiyə), Artçil Xetaquri (Gürcüstan), Kərim Əzimi (İran)
Yerli müsabiqə: Vidadi Həsənov, Gülzar Qurbanova, İmam Həsənov
Qaliblər:
Beynəlxalq müsabiqə:
Ən yaxşı bədii film – Qardaşlıq (Məryam Cubor / Kanada, Tunis, Qətər, İsveç)
Ən yaxşı sənədli film - Andın o tərəfi (Henrik Dalbrinq / İsveç)
Ən yaxşı animasiya filmi – Qız (Daria Kaşçiva / Çexiya)
Ən yaxşı bədii film rejissoru - Klava Qraçyovanın üç günü (İvan Qriqolyunas / Rusiya)
Ən yaxşı sənədli film rejissoru - Atamın oğlu (Hillel Reyt / İsrail)
Ən yaxşı animasiya rejissoru – Qız (Daria Kaşçiva / Çexiya)
Münsiflər heyətinin xüsusi mükafatı - Sonuncu müştəri (Anna Urbançik / Polşa), Təxəyyül (Gespəğ Qrani / Belçika)
Münsiflər heyətinin diplomu - Əsl bahadır (Yelena Poroşina / Rusiya, Estoniya) / Bu gün yox (Marin Ceykob / Belçika) / Son seçim (Amil Amal / Azərbaycan)
Sinema Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı: Akif (Harun Baysan / Türkiyə) / Parivaş (Əminə Monşizadə / İran)
Tamaşaçı rəğbəti diplomu: Ahıllar (Ramin Fərzani, Parisa Sədai Azər / İran) / Nanuli və Qogi (Mariam Aqladze / Gürcüstan)
Yerli müsabiqə:
Ən yaxşı bədii film – Soraq (Pərviz Həsənov)
Ən yaxşı sənədli film - Küy simfoniyası (Vüsal Hacıyev)
Ən yaxşı sosial çarx - Qız oxusun (Günel Qədirova)
Ən yaxşı ssenari - Dan yeli (ssenari müəllifi Türkan Zamanova, rejissor Kamal Yaşar)
Münsiflər heyətinin diplomları - Bərə (Kürçaylı Məmmədov), Skat (Səddam Mehdiyev), İki ağac (Ruslan İbrahimli)
"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı – Altsheymer (Gülnar Askeri və Pərviz Rəşad)
Cinemobil qalibi - Gizlənpaç (Masər Həsənov)
XI Bakı Beynəlxalq Film Festivalı (XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) (2020)
Tarix: 10-15 dekabr 2020
Müsniflər heyəti: Oleq Səfərəliyev (Azərbaycan), Mehmet Bahadır Er (Türkiyə), İrina Şatalova (Rusiya), Rüfət Əsədov (Azərbaycan)
Yerli müsabiqə: Nadir Bədəlov, Teymur Hacıyev, Ərturan Nəcəfi Göl
Qaliblər:
Beynəlxalq müsabiqənin qalibləri:
Ən yaxşı bədii film – Stiker / Sticker (Georgi M.Unkovski / Makedoniya)
Ən yaxşı sənədli film - Siz evdə qalmalıydınız, səfehlər / You should have stayed home, you morons (İnes Luis / Portuqaliya)
Ən yaxşı animasiya filmi - Təbii seçim / Natural selection (Aleta Rajiç / Bosniya və Hersoqovina)
Ən yaxşı rejissor – Çarpayı / The bed (Daniela Abad Lombana / Kolumbiya)
Ən yaxşı sənədli film rejissoru - Səmalar / The heavens (Manuel Marini / İtaliya)
Ən yaxşı animasiya film rejissoru - Gəl, dünən görüşək / Let’s meet yesterday (İva Tokmakçieva / Bolqarıstan)
Münsiflər heyətinin xüsusi mükafatı - Əbədi gecə / Perpetual nıght (Pedro Peralta / Portuqaliya)
Münsiflər heyətinin xüsusi diplomu - Uodun xına mərasimi / Ward's henna party (Morad Mustafa / Misir)
"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı - Sərsərilər / Drifters (Cey Ualker / Çex Respublikası)
Yerli müsabiqənin qalibləri:
Ən yaxşı bədii film - Üç yol (Azər Allahverdiyev)
Ən yaxşı sənədli film - Bir ata haqqında (Toğrul Musa, Nurlan Həsənli)
Ən yaxşı animasiya filmi – Quzğun (Fidan Axundova)
Ən yaxşı sosial çarx - Tezliklə (Nicat Qədimli)
Ən yaxşı ssenari - Üç yol (Azər Allahverdiyev)
Münsiflər heyətinin diplomları: Quyu (Elnur Paşa), Sənin sevdiyin musiqi (Ceyhun Türksoy), Anamla dəqiqələr (Sənan Səfərov), Züleyxa ilə dialoqlar (Rəşid Ağamalıyev)
Cinemobil - Ən yaxşı film - Bir zamanlar Dərnəgüldə (Sənan Səfərov)
Sinema Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı - Bakı küləyi (Şirin Əhmədov)
“Öz Film” şirkətinin xüsusi diplomu - Tıq-tıq və dostları möcüzələr axtarışında (Sultan Abbasbəyli)
XII Bakı Beynəlxalq Film Festivalı (XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) (2021)
Tarix: 19-23 noyabr 2021
Münsiflər heyəti: Orxan Fikrətoğlu (Azərbaycan), Erdem Tepegöz (Türkiyə), Miroslav Mogoroviç (Serbiya)
Yerli müsabiqə: Mehriban Zəki, Səlim Babullaoğlu, Elməddin Alıyev
Qaliblər:
Beynəlxalq müsabiqə:
Ən yaxşı bədii film – Daliya (Brusi Olason / İslandiya)
Ən yaxşı sənədli film - 4000 səs (Kuiş Səccad / İraq)
Ən yaxşı animasiya filmi - Pərdəarxası (Vu Yen Şenq / Tayvan)
Ən yaxşı bədii film rejissoru – Çingiz (Heydər Taştan / Türkiyə)
Ən yaxşı sənədli film rejissoru - Əbədi bahar (Viyet Vu / Vyetnam)
Ən yaxşı animasiya filmi rejissoru – Habub (Mahsa Samani / İran)
Münsiflər heyətinin xüsusi mükafatı - Ruhun ruhu (Hoze Martinez, Culieta Gəzrok / İspaniya)
Münsiflər heyətinin xüsusi seçimi – Kuku (Svetlana Belorusova / Rusiya)
Yerli müsabiqənin qalibləri:
Ən yaxşı sənədli film – Papanin (Türkan Hüseyn)
Ən yaxşı ssenari - Qaldırın yelkənləri (Səbinə Haqverdiyeva)
Ən yaxşı sosial çarx - Korona-incəsənətə yardım (Cavid Səmədov)
Münsiflər heyətinin xüsusi mükafatı – Artıq (bədii, Fərid Hüseynov), +65 (animasiya, Sevinc Quliyeva)
Sinema Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu - 28 may (bədii, Elvin Əhmədoğlu)
XIII Bakı Beynəlxalq Film Festivalı (XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) (2022)
Tarix: 11-15 noyabr 2022
Beynəlxalq münsiflər heyəti: Giorgi Ovaşvili (Gürcüstan), Adilia Xaybullina (Tatarıstan), Əmrah Kılıç (Türkiyə)
"Asiya istedadları" müsabiqəsinin münsiflər heyəti: Aliyə Dadaşova (Azərbaycan) , Rəşad Ələkbərov (Azərbaycan)
Yerli proqram Münsiflər heyəti: Mirsadıq Ağazadə, Gunel Rzayeva, Əli İsa Cabbarov, Qismət Rüstəmov
Qaliblər:
Beynəlxalq müsabiqənin qalibləri:
Ən yaxşı film – Texno, ana (Saulius Baradinskas / Litva)
Ən yaxşı sənədli film – Ulduz səpən (Lois Patino / İspaniya)
Ən yaxşı animasiya filmi – Vağ çayı (Van Li Lyu / Tayvan - ÇXR)
Ən yaxşı bədii film rejissoru – Rütubət (Turan Xəstə / Türkiyə)
Ən yaxşı sənədli film rejissoru – Yeva və Ramona (Minka Jakerson / İsveç)
Ən yaxşı animasiya filmi rejissoru – Həşəratların oyanışı (Stefani Lensak, Fransua Leroy / Fransa)
Münsiflər heyətinin xüsusi mükafatı – Şimal qütbü (Mariya Apçevska / Şimalı Makedoniya)
“Asiya istedadları” müsabiqəsinin qalibləri:
Ən yaxşı film – Kainatın gecəsi (Ramin Fərzani, Parisa Sədaiazər / İran)
Ən yaxşı bədii film rejissoru – Gecə yarısı (Nazilə Əzizi / Əfqanıstan)
Yerli müsabiqənin qalibləri:
Ən yaxşı bədii film – Hasar (Qulu Əsgərov)
Ən yaxşı sənədli film – Toz çəkiləndən bəri (Toğrul Abbasov)
Ən yaxşı sosial çarx – Onun kamerası (Böyükağa Əliyev)
Ən yaxşı tələbə filmi – Motivator (Kamal Müşviq)
Ən yaxşı rejissor – Son payız (Rüstəm Babazadə)
Ən yaxşı ssenari – Sonuncu foto (Türkan Hüseyn)
Münsiflər heyətinin xüsusi mükafatı – Səddam Mehdiyev, Murad Hüseynov - Yaradıcı axtarışlarına görə
Münsiflər heyətinin diplomları: Yalnız məzar (Elnur Paşa) / Sınaq (Ruslan Mollayev) / Vulkan üzərində ev (Amil Amal) / Uzaq (sosial çarx / Cavad Nur)
Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” mükafatı: Dog Doc (Sitarə İbrahimbəyli)
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatları: Unudulmuş arzular (Aynur Kazımova / Azərbaycan), Boşqab (Rəna Vaezi, Ozra Xan Xajeh / İran)
Cinemobil Tamaşaçı rəğbəti – İçərişəhər (Hüseynağa Aslanov)
XIV Bakı Beynəlxalq Film Festivalı (XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) (2023)
Tarix: 10-15 noyabr 2023
Festivala 78 ölkədən 704 film göndərilib. Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulub. “Cinemobil” müsabiqəsində isə üç film yarışıb.
Münsiflər heyəti: Yavər Rzayev (Azərbaycan), Rza Mirkərimi (İran), Fərhad Şərifov, Rulof Yan Minnebu (Niderland)
“Asiya istedadları”nın münsiflər heyəti: Ercan Cumabəyov (Qazaxıstan), Şərif Ağayar, Ramin Fərzanə
Yerli müsabiqə: Mehriban Ələkbərzadə, Elçin Şıxlı, Nadir Mehdiyev
Qaliblər:
Beynəlxalq müsabiqə:
Ən yaxşı bədii film - Heç biri (Patrisio Martines, Fransisko Kanton / Argentina)
Ən yaxşı sənədli film - Qalina Petrovna (Nikita Lovetski / Qırğızıstan)
Ən yaxşı animasiya - Fabuladakı canavar (Vuk Palibrk, Tanja Brzakovic / Serbiya)
Ən yaxşı bədii film rejissoru - Rəfiqəm (Kövsər Yunis / Misir)
Ən yaxşı sənədli film rejissoru - Üç bacı (İman Behruzi / İran)
Ən yaxşı animasiya filmi rejissoru - Cadugər-pəri (Sedrik Ayqat, Devid ven de Ueyer / Belçika-Bolqarıstan)
Ən yaxşı ssenari - Şeytan (Yan Buynovski / Polşa)
Ən yaxşı montaj - Dava haqqında əsl həqiqət (Andrea Slaviçekin / Xorvatiya-İspaniya)
Münsiflər heyətinin xüsusi mükafatı - Teruel ətrafında (Manuel Omonte / İspaniya)
Münsiflər heyətinin xüsusi qeydi - Hədis (Nəzrin Ağamalıyeva / Azərbaycan), Raket start meydançasında olanda (Bahau Liu / Çin-ABŞ), Divar (Evrim İnci / Türkiyə), Aykuo (Ayal Adamov / Rusiya), Bir az sevgi (Aycan Qasımbəy)
“Asiya istedadları” müsabiqəsi:
Ən yaxşı film - Haçalanmış uclar (Əlirza Kazımpur / İran)
Ən yaxşı rejissor - Satıcının bir günü (Erinç Durlanık / Türkiyə)
Ən yaxşı ssenari - Toy mahnısı (Ədalət Ömərov / Qırğızıstan)
Yerli müsabiqə:
Ən yaxşı bədii film - Salam İsa (Səməd Ağayev)
Ən yaxşı sənədli film - Sabahın xeyir, Sübh anası (Kürçaylı Məmmədov)
Ən yaxşı tələbə filmi - Pianist (Məmmədəmin Əlizadə)
Ən yaxşı sosial çarx – Xocalı (Vüsal Həmdullayev)
Ən yaxşı rejissor - Nəfəs (Elmar Bayramov)
Ən yaxşı ssenari - Qütb ulduzu (Şirin Əhmədov, Elmar Fərzəli)
“Cinemobil” nominasiyası: Saatsaz (Hüseynağa Aslanov)
“Azərbaycanfilm” kinostudiyasının “Rasim Ocaqov” mükafatı: Birlikdə, tək (Kasım Ördek)
Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” mükafatı: Emil Nəcəfov
Münsiflər heyətinin diplomu: Arxa cəbhə (Gülay Babayeva)
XV Bakı Beynəlxalq Film Festivalı (2024)
Festivala 800-ə qədər film müaricət edib. 26 ölkəni əhatə edən 79 film nümayiş üçün seçilib.
15-ci festivalda ilk dəfə olaraq tammetrajlı filmlərin müsabiqəsi də baş tutub.
Festivalın ənənəvi “Dili bizim” müsabiqədənkənar bölməsində dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimizin ana dilində çəkdikləri filmləri, “British Council”un dəstəyi ilə təqdim olunan, Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının “BAFTA” mükafatına namizəd olan qısametrajlı filmlərə baxmaq imkanı olub.
Festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvenin təqdimatı, türkiyəli prodüser Emrah Kılıç və azərbaycanlı prodüser Emil Nəcəfovun iştirakı ilə “birgə film istehsalı” mövzusunda müzakirə, iranlı rejissor, festivalın beynəlxalq müsabiqəsinin münsifi İsmayıl Monsefin “Kömür” filminin Azərbaycan premyerası keçirilib.
Münsiflər:
Qısametrajlı filmlərin beynəlxalq müsabiqəsi kateqoriyası: İsmayıl Monsef (İran), Teymur Hacıyev (Azərbaycan), Yevgeni Mayzel (Rusiya)
Yerli qısametrajlı filmlər: Zaur Qasımlı, İradə Gözəlova, Nəsimi Əliyev, Can Ozbatur
“Asiya istedadları” kateqoriyası: Eldar Yuldaşov (Özbəkistan), Zümre Ertürk (Türkiyə)
Tammetrajlı debüt filmlər: Hüseyn Mehdiyev (Azərbaycan), Siddik Barmak (Əfqanıstan), Mahmud Fazil Coşkun (Türkiyə)
Qaliblər:
Debüt Tammetrajlı Film Kateqoriyası:
“Ən yaxşı tammetrajlı film” - Baurına salu (Asxat Kuçinçirekov / Qazaxıstan)
“Ən yaxşı rejissor” - Rosinante (Baran Gündüzalp / Türkiyə)
“Ən yaxşı ssenari” - Bazar günü (Şakir Xolikov / Özbəkistan)
“Ən yaxşı təsvir rejissoru” - Tənha insanın monoloqu (rejissor Emin Əfəndiyev, təsvir rejissoru Daniel Quliyev / Azərbaycan)
Münsiflər heyətinin xüsusi mükafatı - Balam (İra Bas / Rusiya)
Beynəlxalq Müsabiqə:
“Ən yaxşı bədii film” - Demək olar tamamilə yanlışdır (Cansu Baydar / Türkiyə)
“Ən yaxşı rejissor” - Çuxur (Kristian Bekə, Oliver Şvabe / Almaniya)
“Ən yaxşı sənədli film” - Valeriya (Sara Yurinçik / Xorvatiya)
“Ən yaxşı animasiya filmi” - Atamın məktubları (Aleksey Yevstinqneyev / Fransa)
Münsiflər heyətinin xüsusi qeydi - Taksidermist (Behzad Alavi, Süsən Salamat Çaqoşi / İran), Acqarına getməyək (Yigit Hepsev / Türkiyə)
“Asiya İstedadları” Müsabiqəsi:
“Ən yaxşı film” - Fələstin adaları (Nur Ben Selem, Jülyen Menantu / Fələstin)
Münsiflər heyətinin xüsusi mükafatı - Bədən alverçisi (Alireza Şakeri / İran), Baba Hakkı (Nicat Qulam / Azərbaycan)
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı - Umeşin xronikası (Puca Kaul / Hindistan). “Səsin arzusu” (Şinyu Kan / Koreya)
YERLİ MÜSABİQƏ
“Ən yaxşı bədii film” - Quyu (Rufat Ray)
“Ən yaxşı sənədli film” - Babamın evi (Leylaxanım Qənbərli)
“Ən yaxşı tələbə filmi” –Sükut (Ayşə Mirzəzadə)
“Ən yaxşı rejissor işi” – İkinci planetin qırmızı rəngi (Azər Quliyev)
“Ən yaxşı ssenari” - Şam bağı (İlkin Umarov)
Münsiflər heyətinin xüsusi mükafatı: Qəfəs (Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev)
AZƏRBAYCAN KİNEMATOQRAFİYASINA VERDİYİ TÖHFƏLƏRƏ GÖRƏ:
Aktrisa Həmidə Ömərova, aktrisa Şükufə Yusupova
Sayt:
https://filmfestival.az/Əlaqə:
+99470 4312151Ünvan:
AZ1012, Bakı, Moskva prospekti 1.
Elektron poçt:
office@filmfestival.az