Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Mükafatı
Təsis tarixi: 2012
Azərbaycan Kinematoqrafçılar İttifaqının kino mükafatı 2012-ci il iyulun 9-da təsis olunub. Mükafat illikdir və milli kinematoqrafiyanın inkişafında xidmətlərinə görə Azərbaycanın yaradıcı ziyalılarına təltif olunur. Mükafatın məqsədi milli kinoda müsbət tendensiyaları vurğulamaqdır. Nominantların seçimi İttifaqın katibliyi tərəfindən aparılır.
Mükafatın qalibləri ənənəvi olaraq Milli Kino Günündə – 2 avqust tarixində keçirilən peşə bayramında elan olunur.
2012
- Rejissor Fikrət Əliyev
- Rejissor Asif Rüstəmov
- Aktyor Fəxrəddin Manafov
2013
- Rejissor Ziya Şıxlinski
- Rəssam, rejissor multiplikator Firəngiz Qurbanova
- Aktyor Fuad Poladov
2014
- Rejissor Tahir Tahiroviç – “Parisdən məktublar” filminə görə
- Rejissor, operator Nizami Abbas – “Sirli bənövşə” filminə görə
- Səs rejissoru Əsəd Əsədov
2015
- Aktrisa Mehriban Zəki
- Rejissor-animator Cavid Əhədov – “Köhnə saat” filminə görə
- Bəstəkar Cavanşir Quliyev
2016
- Prodüser Adil Qulamov
- Diktor Rafiq Hüseynli
- Səs rejissoru Kamal Seyidov
2017
- Rejissor Mirbala Səlimli – “Qırmızı bağ” filminə görə
- Operator Yuri Varnovski
- Rejissor Nazim Rza
2018
- Yazıçı Anar
- Bəstəkar Rauf Əliyev (ölümündən sonra) – “Eviniz abad” filminə görə
- Diplomat və ictimai xadim Ramiz Abutalıbov
2019
- Rejissor Murad İbrahimbəyov – “İnsan” sənədli trilogiyasına görə
– Aktrisa Şükufə Yusupova
– Rejissor Cahangir Zeynallı
– Aktrisa Zülfiyyə Qurbanova – “Mövsümün sonu” filminə görə
2020
- Aktyor Fərhad İsrafilov
- Kinoşünas Sevda Sultanova
- Rejissor Teymur Hacıyev
2022
- rejissor İlkin Yusif – “Mən qəhrəman axtarıram” filminə görə
- prodüser Rəşid Ağamalıyev – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə
- prodüser İntiqam Hacılı – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə
2023
- ssenarist Azər Aydəmir – “Əqrəb mövsümü” filminə görə
- prodüser Nicat Dadaşov - “Mən burdayam, ilahi!” filminə görə
- prodüser Həsən Axundov - “Mən burdayam, ilahi!” filminə görə
– aktyor İlqar Cahangir - “Suğra və oğulları” filminə görə
– sənətşünas Nadir Bədəlov – “Kino gözlə söz arasında” kitabına görə
– rejissor İmaməddin Həsənov - Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə
2024
- Prodüser Əli-Səttar Quliyev - “Olimpia” və “Sanki yoxsan” filmlərinə görə
- Aktyor Rasim Cəfər - “Mən burdayam, İlahi!” filminə görə
- Prodüser Emil Nəcəfov – Müəllif kinosunun inkişafına töhfələrinə görə
- Prodüser Orxan Mərdan - “Səma ilə görüş” filminə görə
2025
- Pərviz Həsənov (rejissor) – “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə
- Daniel Quliyev – “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə
- Səbuhi Atababayev – “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə
- Fehruz Şamıyev – Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə
Sayt:
https://aki.az/awardaz/Əlaqə:
+99412 4936586Ünvan:
Bakı, Bülbül prospekti, 30.
Elektron poçt:
info@aki.az