Ümumittifaq Kinofestival
Dövr: 1958-1988
Ümumittifaq Kinofestivalı (ÜKF) 1958-ci ildən 1988-ci ilə qədər Sovet İttifaqında keçirilən əsas film festivalı idi. Hər festivalın vaxtı və məkanı SSRİ Dövlət Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqı tərəfindən tənzimlənirdi.
İlk Ümumittifaq Film Festivalı 1958-ci ildə keçirilib.
1958-1960-cı illərdə ilk üç festival qeyri-müntəzəm şəkildə keçirilib.
1964-cü ildən bəri film festivalı müntəzəm olaraq iki ildə bir dəfə, 1972-ci ildən isə hər il keçirilib.
1958-ci il Ümumittifaq Film Festivalı (Moskva / Rusiya)
Bir məhəllədən iki nəfər - bəstəkar Qara Qarayevə mükafat (1958, Moskva / Rusiya)
Bir məhəllədən iki nəfər - operator Marqarita Pilixinaya həvəsləndirici mükafat (1958, Moskva / Rusiya)
1959-cu il Ümumittifaq Film Festivalı (Kiyev / Ukrayna)
Ögey ana – Üçüncülük mükafatı (1959, Kiyev / Ukrayna)
Uzaq sahillərdə - bəstəkar Qara Qarayevə mükafat (1959, Kiyev / Ukrayna)
1960-cı il Ümumittifaq Film Festivalı (Minsk / Belarus)
I Ümumittifaq Kinofestival (1964, Leninqrad / Rusiya)
II Ümumittifaq Kinofestival (1966, Kiyev / Ukrayna)
III Ümumittifaq Kinofestival (1968, Leninqrad / Rusiya)
İyirmialtılar - İkincilik mükafatı (1968, Leninqrad / Rusiya)
IV Ümumittifaq Kinofestival (1970, Minsk / Belarus)
V Ümumittifaq Kinofestival (1972, Tbilisi / Gürcüstan)
Axırıncı aşırım – Ən yaxşı aktyor – Adil İsgəndərov, Həsən Məmmədov (1972, Tbilisi / Gürcüstan)
“Sovet Azərbaycanı” № 2 – xüsusi diplom
VI Ümumittifaq Kinofestival (1973, Alma-Ata / Qazaxıstan)
Ömrün səhifələri – həvəsləndirici diplom (1973, Alma-Ata / Qazaxıstan)
VII Ümumittifaq Kinofestival (1974, Bakı / Azərbaycan)
Nəsimi – Tarixi mövzuda ən yaxşı film (1974, Bakı / Azərbaycan)
Nəsimi - Kişi rolunun ifasına görə İkincilik mükafatı - Rasim Balayev (1974, Bakı / Azərbaycan)
Ömrün ilk saatı - Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici mükafat (1974, Bakı / Azərbaycan)
Bulud niyə ağlayır? – Cizgi filmində Birincilik mükafatı (1974, Bakı / Azərbaycan)
VIII Ümumittifaq Kinofestival (1975, Kişinyov / Moldova)
IX Ümumittifaq Kinofestival (1976, Frunze / Qırğızıstan)
Xoşbəxtlik qayğıları – Münsiflər heyətinin xüsusi mükafatı (1976, Frunze / Qırğızıstan)
X Ümumittifaq Kinofestival (1977, Riqa / Latviya)
XI Ümumittifaq Kinofestival (1978, İrəvan / Ermənistan)
XII Ümumittifaq Kinofestival (1979, Aşqabad / Türkmənistan)
Qaynana – Bəstəkar Tofiq Quliyevə mükafat (1979, Aşqabad / Türkmənistan)
Qaynana – Aktrisa Nəsibə Zeynalovaya mükafat (1979, Aşqabad / Türkmənistan)
Dissonans – Münsiflər heyətinin diplomu (1979, Aşqabad / Türkmənistan)
XIII Ümumittifaq Kinofestival (1980, Düşənbə / Tacikistan)
İstintaq - Ən yaxşı bədii film (1980, Düşənbə / Tacikistan)
XIV Ümumittifaq Kinofestival (1981, Vilnüs / Litva)
Qızıl uçurum – Xüsusi mükafat (1981, Vilnüs / Litva)
XV Ümumittifaq Kinofestival (1982, Tallinn / Estoniya)
Bağlı qapı – Əxlaqi-etik problemlərin işıqlandırılmasına görə Xüsusi mükafat (1982, Tallinn / Estoniya)
XVI Ümumittifaq Kinofestival (1983, Leninqrad / Rusiya)
Nizami – Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə mükafat (1983, Leninqrad / Rusiya)
XVII Ümumittifaq Kinofestival (1984, Kiyev / Ukrayna)
Park - Təşkilat komitəsinin xüsusi mükafatı (1984, Kiyev / Ukrayna)
XVIII Ümumittifaq Kinofestival (1985, Minsk / Belarus)
XIX Ümumittifaq Kinofestival (1986, Alma-Ata / Qazaxıstan)
XX Ümumittifaq Kinofestival (1987, Tbilisi / Gürcüstan)
XXI Ümumittifaq Kinofestival (1988, Bakı / Azərbaycan)
Şeytan göz qabağında - Xüsusi mükafat (1988, Bakı)