Tağıyev. Neft (2024)

1922-ci ilin avqust ayı. Sovetlər ölkəsinə səyahət edən amerikalı jurnalist Cerri Tompson Azərbaycana gəlir. O, Bakının Mərdəkan qəsəbəsinə də baş çəkir. Burada o bağ evində ahıl yaşda bir kişi ilə görüşür. Tompson eşitdiklərinə inana bilmir. Onun qarşısında vaxtilə böyük neft hasilatçısı, milyonçu və xeyriyyəçi olan, lakin sovet hakimiyyəti qurulandan sonra bütün var-dövlətini itirən Hacı Zeynalabdin Tağıyev idi. Hacı sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər keçən həyat yolu hekayəsini qonağa nəql edirdi. Filmin işçi adı “Himayədar” olub. Film 4 seriyalı silsilənin 1-ci filmidir. 4 filmdən ibarət silsilənin 15 aylıq hazırlıq dövrü, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü olub. Rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 aksesuar - zərgərlik nümunələrini hazırlayıb. Ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar əldə olunub. Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksesuarlar kirayə götürülərək bazaya əlavə olunub. “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib. Filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb. Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir