Space televiziyası


Təsis tarixi: 1997

Space televiziyası ("Space" Müstəqil Televiziya və Radio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti) 10 yanvar 1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. İlk verilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir.
26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirib.
2014-cü ildə isə qismən 16:9 təsvir formatlı yayıma keçib.
2021-ci il yanvar ayının 4-də telekanalın efir müddəti artırılaraq 18 saatdan 24 saata çatdırılıb. Həmçinin, yarandığı gündən "Hər Gün" adıyla fəaliyyət göstərən informasiya proqramının adı "Space Xəbər" olaraq dəyişdirilib.
13 yanvar 2021-ci ildə "Space TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
29 sentyabr 2021-ci ildən etibarən "Space TV"nin 9 il sonra loqosu da dəyişdirilib.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
4 sentyabr 2023-cü ildən etibarən "Space TV"nin loqosu yenidən dəyişdirilib. Həmin loqo yuxarıda sağ küncdə yer kürəsi formasının üstündə "Space" yazısı hərəkətli formada fırlanırdı.
8 sentyabr 2025-ci ildən etibarən "Space TV"nin loqosu yenidən dəyişdirilib. Hazırda loqo yuxarıda sağ küncdə