Dərviş Prodüser Mərkəzi
Təsis tarixi: 2005
Təsisçilər: Əli İsa Cabbarov, Aynur Mustafayeva
Dərviş Prodüser Mərkəzi 2005-ci ildə təsis olunub. Mərkəz film və başqa audiovizual əsərlərin (reklam, klip) çəkilişi, xarici filmmeykerlərlə birgə istehsalat, beynəlxalq festivallarla əlaqələr və Azərbaycan filmlərinin həmin festivallarda iştirakına vasitəçilik, kastinq və PR – xidmətləri, mətbuat konfranslarının hazırlanması və təşkili, incəsənətdə fandrayzinq sahələrində çalışıb.
