Azərkinovideo İstehsalat Birliyi


Fəaliyyət dövrü: 1989-2001

“Azərkinovideo” İstehsalat Birliyi 1989-cu ildə Mədəniyyət Nazirliyinin tərkibində yaradılıb. Qurum Dövlət Kinematoqrafiya Komitəsinin vəzifələrini yerinə yetirib. 
Balansındakı qurumlar: Azərbaycanfilm, Salnamə, Azanfilm, Debüt, Mozalan, Dublyaj, “Videokino” studiyaları, kinoteatrlar, videozallar, videokirayə məntəqələri, Dövlət Kinofilm Fondu, Kino qəzeti, Şüa kooperativi, Fortuna kiçik dövlət müəssisəsi, Abşeron rayon kino-video idarəsi, Bakı şəhər təsərrüfathesablı video birliyi, Sinema kiçik dövlət müəssisəsi, Bakı şəhər təsərrüfathesablı təmir-tikinti sahəsi, şəhər və rayon kno-video birlikləri.

Birlik 1991-ci ildə Mədəniyyət nazirliyinin balansından çıxarılaraq müstəqil fəaliyyət göstərib.

Müəssisənin direktorları: Qəhrəman Hümbətov (1991) / F.Quliyev (1991-1992) / Oktay Mir-Qasım (1992-2001)

Azərkinovideo İstehsalat Birliyi 19 aprel 2001-ci il tarixli sərəncamla ləğv olunub.

   Azərkinovideo İstehsalat Birliyi