Azərbaycan televiziyası Sabah Yaradıcılıq Studiyası


Təsis tarixi: 1993

Rəhbər: Ramiz Həsənoğlu

Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. Fəaliyyətə başladığı ilk 10 ildə 26 televiziya tamaşası hazırlanıb. Studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” mükafatına layiq görülüb. Eksperimental bir qurum kimi “Sabah”ın nəzdində təşkilatlanmış “Sınaq” studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirir.
1993-cü ildən 2019-cu ilə qədər “Sabah” Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib. 2019-cu ildə studiya yenidən aktiv fəaliyyətə başlayıb.
Studiyanın adı müxtəlif dövlərdə aşağıdakı kimi olub:
Sabah Eksperimental Yaradıcılıq Studiyası 
Sabah Eksperimental Yaradıcılıq Emalatxanası 
Sabah Yaradıcılıq Birliyi
Sabah studiyası
Sabah Yaradıcılıq Studiyası

   Azərbaycan televiziyası Sabah Yaradıcılıq Studiyası