Azərbaycan Professional Kinorejissorlar Gildiyası
Təsis tarixi: 17.05.1999
Fəxri prezident: Eldar Quliyev
Fəxri vitse-prezident: Rasim Ocaqov
Fəxri sədr: Hüseyn Mehdiyev
İdarə Heyətinin sədri: Ayaz Salayev
Direktor, İdarə Heyəti sədrinin 1-ci müavini: Şahirə Tacəddin
İdarə Heyəti sədrinin müavinləri: Elxan Cəfərov, Nadir Mehdiyev
Katib: Ramil Ələkbərov
Azərbaycan Professional Kinorejissorlar Gildiyası 17 may 1999-cu ildə 32 kinorejissorun (“Otuzikilər”) təşəbbüsü ilə təsis edilib. Ədliyyə Nazirliyi tərəfindən 18.06.1999-cu ildə dövlət qeydiyyatından keçib. 22 mart 2001-ci il tarixində Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq haqqında razılaşma protokolu imzalanıb.
Gildiyanın yaradılmasında əsas məqsəd, bazar iqtisadiyyatı şəraitində audiovizual müəlliflərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirərək müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunun və ictimai əhəmiyyətinin yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaqdır.
Gildiya bürosunun 01.09.2000-ci il tarixində qəbul etdiyi qərarla Gildiyanın fəaliyyəti bütün audiovizual əsər müəlliflərin hüquqlarını əhatə edir. Bu vaxt ərzində Gildiya üzvlərinin sayı 200-ü ötüb, istehsalçılar, müəlliflər və hüquqvarisçiləri tərəfindən isə 5000-dən çox audiovizual əsər müqavilələr əsasında Gildiyaya kollektiv idarəçiliyə verilib.
2001-ci ildə Gildiya Avropa Kinorejissorları Federasiyasının (FERA), 2016-cı ildə Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyasının (International Confederation of Societies of Authors and Composers – CİSAC) üzvlüyünə qəbul olunub.
Gildiyanın əsas layihələri Gənc Audiovizual müəlliflərin “Audiovizual Festival”ı və “Qızıl Pəri” (2001) mükafatlarıdır.