Azanfilm studiyası
Təsis ili: 1993
Azanfilm studiyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunub.
Studiya animasiya filmlərinin istehsalı üzrə ixtisaslaşsa da burada sənədli filmlər də çəkilib.
Daha öncə “Azərbaycanfilm” kinostudiyasının nəzdində şöbə, daha sonra Azanfilm Yaradıcılıq Birliyi kimi fəaliyyət göstərib.
Studiyanın rəhbərləri müxtəlif dövrlərdə Elçin Hami Axundov, Fariz Əhmədov, Mansur Şəfiyev olub.