ARB televiziyası
Təsis tarixi: 2014
Azerbaijan Republic Broadcaster və ya qısaca ARB 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalıdır. ARB TV 2 illik fəaliiyətdən sonra 19 sentyabr 2016-cı il tarixindən etibarən yeni ad və yeni efir konsepsiyası ilə yayımdadır.
"ARB Media Qrup": Cənubi Qafqazın ən böyük media tərəfdaşlıq layihəsinə ümumilikdə 8 telekanal (2 ümumrespublika yayımçısı - "ARB TV" və "ARB 24"; 5 bölgə televiziyası - "ARB Kəpəz", "ARB Şəki", "ARB Aran", "ARB Şimal", "ARB Cənub"; peykdə yayımlanan 1 tematik telekanal - "ARB Günəş") və 1 radio kanalı ("Kəpəz FM") daxildir.