ANS TV
Fəaliyyət dövrü: 1991-2016 (fasilələrlə)
Təsisçilər: Vahid Mustafayev, Seyfulla Mustafayev
ANS (Azerbaijan News Service) ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycanda ilk özəl xəbər televiziya kanalı idi. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxıb. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb. Ümumiyyətlə, ANS fəaliyyəti müddətində 7 dəfə bağlanıb. 16 fevral 2023-ci il tarixindən etibarən öz fəaliyyətini anspress.com olaraq davam etdirməyə başlayıb.

Sayt:
www.anspress.com