215 KL Studiyası
215 KL studiyasının ilk direktoru Nicat Əliyev olub. Nicat Əliyevlə o zaman Demokratik Rossiya mətbuatının Zaqafqaziya üzrə müxbiri Çingiz Mustafayevlə birlikdə Qarabağ hadisələri ilə bağlı hazırladıqları ilk reportajları efirdə yayımlamaq istəyiblər. Onların dövlət televiziyasına müraciəti müsbəq qarşılanıb. Studiyanın yaranması haqqında verilən əmrin nömrəsini özlərinə ad kimi qəbul ediblər: 215 KL (kadrovıy listok).
Oktyabrın 17-də studiyanın ilk verilişi efirə verilib.
Hazırda studiyanın rəhbəri Böyükağa Məmmədovdur.
