18 yanvar 2026 Mənbə: kinoinfo.az

DƏKKƏ BEYNƏLXALQ FİLM FESTİVALINDA UĞUR

DƏKKƏ BEYNƏLXALQ FİLM FESTİVALINDA UĞUR

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunan "Tənha insanın monoloqu" filmi 10-18 yanvar tarixlərində Banqladeşin paytaxtında keçirilən 24-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafat qazanıb. Əsas bölmə olan "Asiya film müsabiqəsi"ndə yarışan film mükafatlandırma mərasimində "Ən yaxşı rejissor" nominasiyasında qalib elan edilib. Filmin rejissoru Emin Əfəndiyevi və bütün yaradıcı heyəti təbrik edirik!
Filmin beynəlxalq festivalda iştirakı çərçivəsində Emin Əfəndiyevin səfər xərcləri Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən qarşılanıb.

İndi paylaş: