“SPİNOZANIN TANRISI” TƏQDİM OLUNUB

Rejissor Cavid Təvəkkülün “Spinozanın Tanrısı” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.
130 dəqiqə xronometrajlı filmin ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyevdir.
Yaş həddi 16+ olan ekran əsəri Net Medianın əməkdaşlığı ilə Pelican Film Production tərəfindən istehsal olunub.
Filmin operatoru Hüseyn Devrim, musiqi müəllifi Nicat Qafuroğludur.
Əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova canlandırıb. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər aktyorlar çıxış ediblər.