11 fevral 2025 Mənbə: kinoinfo.az

“QAYIDIŞ” FİLMİ TAMAŞAÇILARA TƏQDİM OLUNUB

“QAYIDIŞ” FİLMİ TAMAŞAÇILARA TƏQDİM OLUNUB

Rejissor Elməddin Alıyevin ekranlaşdırdığı “Qayıdış” sənədli filminin təqdimatı baş tutub.

55 dəqiqəlik tammetrajlı sənədli film Qarabağa böyük qayıdışdan bəhs edir.

Ekran əsərində Laçından didərgin düşmüş bir arıçı ailəsinin 30 ildən sonra doğma torpaqlarına dönməsi prosesləri təsvir olunub. Onlar öz arılarını da Laçına apararaq burada yaşayarkən mövcud olmuş təsərrüfatlarını yenidən qurmağa çalışırlar.  

Film “Karvan Film Production” tərəfindən istehsal olunub. Rejissoru Elməddin Alıyev, prodüserləri Elməddin Alıyevlə birgə Emil Nəcəfovdur.

Layihəyə post-prodakşn mərhələsində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək verib. İctimai Televiziya isə filmə informasiya dəstəyi göstərib.

İndi paylaş: