14 fevral 2025
Mənbə: kinoinfo.az
“OTEL LOO”NUN BÜTÜN KİNOTEATRLARDA NÜMAYİŞİNƏ BAŞLANILIB

Rejissor Elvin Rüstəmzadənin komediya janrında çəkdiyi “Otel Loo” filminin təqdimatı baş tutub.
Xronometrajı 90 dəqiqə olan filmin ssenari müəllifi Asiman Ağa Rövşəndir.
“3İ Cinema” və “Gold Cine Vision”un birgə istehsalı olan ekran işinin baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayevdir.
Yaş həddi 16+ olan filmin operatoru Vasif Vəlizadə, rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir.
Ekran əsərində aktyorlar Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə kimi tanınmış aktyorlar rol alıb.