18 aprel 2025

“NARGİN. SONA QƏDƏR SİRLİ” FİLMİNİN TREYLERİ YAYIMLANIB

“NARGİN. SONA QƏDƏR SİRLİ” FİLMİNİN TREYLERİ YAYIMLANIB

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Film istehsalına dəstək” müsabiqəsinin qaliblərindən olan “Nargin. Sona qədər sirli” sənədli-bədii filminin treyleri yayımlanıb.

Film 1915-1917-ci illərdə Bakının Nargin adasında Çar Rusiyası tərəfindən saxlanılan Türk əsirlərin həyatından və onların azərbaycanlı Sona Hacıyeva tərəfindən xilas edilməsindən bəhs edir.  Qeyd edək ki, “Nargin. Sona qədər sirli” Türkiyə-Azərbaycan ortaq tarixindən bəhs edən ilk bədii-sənədli müştərək filmdir.

Filmin rejissoru və ssenari müəllifi Xəyyam Abdullazadə, prodüseri Elməddin Alıyev, ko-prodüseri Mətin Gündoğdu, operatoru Aleksey Malinkoviçdir.

ARKA-nın maliyə dəstəyi ilə “Karvan production” şirkəti tərəfindən istehsal olunan film həm də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Müəllif Hüquqları Baş İdarəsi, Yerli Düşüncə Dərnəyi və İctimai TV tərəfindən də dəstək alıb.  

Filmin yaxın vaxtlarda təqdimatı keçiriləcək.

İndi paylaş: