KİNOTEATRLARA “4 TƏKƏR” GƏLDİ

Rejissor Amil Əlinin macəra komediyası janrında çəkdiyi “4 təkər” filminin 3 aprel 2025-ci il tarixindən etibarən bütün kinoteatrlarda nümayişinə başlanılıb.
Xronometrajı 100 dəqiqə olan filmin mövzusuna əsasən Xəqani sevdiyi qızın ailəsinə məxsus klassik avtomobili qumarda uduzur. Lakin bu maşının qayınatası Səlim üçün ayrı dəyəri var. Onun dostları avtomobili geri qaytarmaq üçün Xəqaniyə kömək etmək istəyirlər. Amma onların da bu niyyətini gerçəkləşdirmək heç də asan başa gəlmir. Çünki qarşılarında qəddar və hiyləgər, qumarxana sahibi Şahmar var...
Filmin rejissoru və baş prodüseri Amil Əli, ssenari müəllifləri Məcid Hüseynov və Tərlan Nur Yaşar, operatoru Şahmar Səfəroğlu, rəssamı Elnarə Səfəroğlu, bəstəkarı Behzad Məlikzadə, icraçı prodüserləri Fəqan Bayramov və Sərxan Mustafayevdir.
Filmin aktyor heyətində isə Məcid Hüseynov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və bir çox digər tanınmış aktyorlar təmsil olunur.