02 aprel 2025 Mənbə: kinoinfo.az

“HAL” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

“HAL” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

Nizami Kino Mərkəzində rejissor Sədaqət Kərimovanın "Hal" bədii filminin təqdimatı keçirilib.

Psixoloji dram və mistika janrında çəkilən film ailə-məişət zorakılığından bəhs edir.

Ekran işinin ssenari müəllifi də Sədaqət Kərimovadır. Film müəllifin 1992-ci ildə yazdığı eyni adlı əsərinin motivləri əsasında ekranlaşdırılıb.

Xronometrajı 110 dəqiqə olan filmdə rolları Mir Sahib Qabiloğlu, İranə Kərimova, İlyas Əhməd, Kəbirə Həşimli və başqaları ifa ediblər. Həmçinin yaradıcı heyətdə quruluşçu operator Elxan Rüstəmov, quruluşçu rəssam Sevda Məmmədova, bəstəkar Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimov, montaj rejissorları Nicat Qayıbov, Sahib Ağayev, qrimçi Səadət Sadıqova, geyim rəssamı İradə Heydərova və başqaları yer alır.

İndi paylaş: