17 yanvar 2025
DÖVLƏT DƏSTƏYİ İLƏ ÇƏKİLMİŞ FİLMLƏRİN TƏQDİMATI OLUB

17 yanvar 2025-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filmi, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimat mərasimi keçirilib. Müxtəlif janrlarda çəkilmiş bu üç qısa film 2023-cü ildə təşkil olunmuş “dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qalibləri sırasında yer alıb.