03 noyabr 2026 Mənbə: kinoinfo.az

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ “KORKUT ATA” TÜRK DÜNYASI FİLM FESTİVALINDA İŞTİRAK EDİR

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ “KORKUT ATA” TÜRK DÜNYASI FİLM FESTİVALINDA İŞTİRAK EDİR

Türkiyənin İstanbul şəhərində 6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılış mərasimi keçirilib. Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, türk dövlətlərinin Mədəniyyət nazirliklərinin rəsmiləri, film istehsalçıları, kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.
Açılışda türk dövlətlərinin ortaq tarixə malik olması və mənəvi bağların kino sahəsində də özünü göstərdiyi qeyd olunub. Festivalın əsas proqramı açıqlanıb və müsiflər heyətinin üzvləri təqdim olunub.
Tədbirin sonunda qırğız rejissor Kanıbek Kalmatovun "Aytmatov" filmi nümayiş olunub.
Qeyd edək ki, 6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalı 3-7 noyabr 2026-cı il tarixlərində Türkiyənin iİstanbul şəhərində keçirilir.
Festivalın müsabiqə proqramında Azərbaycandan tammetrajlı bədii film kateqoriyasında "Tağıyev: Məktəb", sənədli film kateqoriyasında "Azıx mağarası", qısametrajlı bədii film kateqoriyasında "Torpağı sanı yaşayasan" filmləri iştirak edir.
Bundan əlavə, festival çərçivəsində "Bir cənub şəhərində" tammetrajlı bədii, "Bakı Türkoloji Qurultayı 100" sənədli filmi müsabiqədənkənar proqramda nümayiş olunacaq.
Qeyd edək ki, festival çərçivəsində 10 ölkə və 10 muxtar respublikadan 56 film tamaşaçıların ixtiyarına veriləcək. Festivalda qonaq qismində 150 xarici, 300 yerli kino xadimi iştirak edir.
Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət 20 nəfərlik heyətlə təmsil olunur.
2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. 

Qalereya

İndi paylaş: