“APATİYA -2” YAYIMA ÇIXIB

Aktyor Hikmət Rəhimovun rejissorluğu ilə ərsəyə gələn “Apatiya-2” filmi tamaşaçılara təqdim olunub.
Filmin mövzusuna görə, Akif adlı baş qəhrəman anasını tapmaq üçün “uşaq evi”ndən qaçır. O, bu əzablı yolda xeyli çətinliklərlə üzləşir.
Dram janrında çəkilən filmin xronometrajı 95 dəqiqədir.
Yaş həddi 18+ olan filmin ssenari müəllifi Hikmət Rəhimov, operatoru İman İmanov, rəssamı Zaur Abdullayev, bəstəkarı Qurban Abbaslıdır. Rolları Azər Aydəmir, Rasim Cəfər, Zülfiyyə Qurbanova, Vaqif Kərimov, Nəsibə Eldarova, Flora Hüseynova, Murad Şükürlü ifa edirlər.
“HR Film Production” tərəfindən istehsal olunan “Apatiya-2”nin prodüseri də Hikmət Rəhimovdur.
10 yanvar 2025-ci il tarixindən filmin bütün kinoteatrlarda nümayişinə başlanılıb.